Cəlilabadda avtomobil yanıb, ölən var

Cəlilabadda avtomobil yanıb, ölən var.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayonun Privolnoye kəndində “Ford” və “МАЗ” markalı iki yük avtomobili toqquşub.

Nəticədə “Ford” markalı yük avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Həyata keçirilən tədbirlər nəticəsində bir nəfərin meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən zədələnmiş nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Share: