Cəlilabadda ağır yol qəzası: ölənlərin adları MƏLUM OLDU

Cəlilabad rayonunda baş vermiş yol qəzası nəticəsində ölən şəxslərin adları məlum olub.

Müstəqil.az-ın “Report”a istinadən verdiyi məlumata görə, bunlar Bakı şəhəri, Sabunçu rayon sakini, 1980-ci il təvəllüdlü İsmayılov Anar Yaqub oğlu və Zərdab rayon sakini Novruzov Əbdülxaliq Səmid oğludur.

Qeyd edək ki, onlar gecə saatlarında “VAZ 2106” markalı avtomobilin maneəyə çırpılması nəticəsində ölüb.

***

Cəlilabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Müstəqil.az “Report”a istinadən xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb.

Belə ki, “VAZ” markalı minik avtomobili maneəyə çırpılıb. Hadisə nəticəsində 2 nəfər ölüb.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Share: