Cəlilabad rayonu Becrəvan kəndində Şəhidlərə həsr olunmuş kitabın təqdimatı keçirildi.

Esmira Günəşin Becrəvan kəndində kitab təqdimatı olub

Mayın 13-ü şairə Esmira Günəşin Cəlilabadın Bəcrəvan kənd tam orta məktəbində şəhidlərə həsr etdiyi “Qəlbimizdə yaşayanlar” kitabının təqdimatı oldu. Qeyd edək ki, kitabda yer alan şəhidlərdən Ayaz Abasov, Fərid Hüseynov və Mirnağı Şərifov Becrəvan kənd tam orta məktəbin məzunları olublar. Tədbirdə şəhid ailələri, məktəbin müəllim, şagird kollektivi və kənd sakinləri iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni və şəhidlərin bir dəqiqəlik sükutu ilə açıq elan olunduqdan sonra Esmira Günəşin şeirlərinin kompozisiyaları, vətənpərvər musiqilər və qonaqların çıxışı ilə davam edib. Tədbirdə ilk olaraq məktəbin direktoru Mübariz Kərimov çıxış edərək məktəbin şəhid məzunları haqqında məlumat verib və şairə Esmira Günəşə gördüyü işlərlə bağlı təşəkkürünü bildirib. Daha sonra şəhid ailələrinin çıxışları zamanı Esmira Günəş kitablarını imzalayaraq onlara təqdim edib. Tədbirin sonunda isə şairə Esmira Günəş tədbirin keçirilməsində əziyyəti olan başda direktor Mübariz Kərimov olmaqla Gülənə müəlliməyə, Xəyalə müəlliməyə və Dürdanə müəlliməyə təşəkkürünü bildirib. Tədbir xatirə şəkilləri ilə yekunlaşdırıldıqdan sonda qonaqlar məktəbdə şəhidlərin adını daşıyan kabinetlərlə tanış olublar. Daha sonra isə bir-bir şəhidlərin abidəsi, məzarları və ev muzeyləri ziyarət olub.

Share: