Çəkiliş zamanı BƏDBƏXT HADİSƏ – “Emmi” mükafatının sahibi öldü

Nüfuzlu “Emmi” mükafatının sahibi olan Ceyms Emsviller “Dostumsan” filminin çəkilişləri zamanı bədbəxt hadisə nəticəsində ölüb.

Publika.az xəbər verir ki, Pitsburq şəhərindəki çəkilişlər zamanı siqaret çəkmək üçün eyvana çıxan 61 yaşlı işıqçı oradan aşağı yıxılıb. C.Emsviller dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, C.Emsviller 2015-ci ildə “Bessi” filmindəki çalışmalarına görə “Emmi” mükafatına layiq görülüb.

Share: