Cavnşir Novruzovla tanışlığımz Nuh əyyamından başlayıb. Elə o vaxtdan da tez-tez görüşməsək də, ürəyimdə yeri var. Şən, istiqanlı, təvazökar, bir sözlə canlara dəyən oğuldur.
Polis polkovniki olsa da, heç vaxt kiməsə yuxarıdan aşağı baxmayıb. Özünü o qədər sadə aparır ki, yanında olanda elə bilirsən ki, ən əziz adamısan. Uzun illərdir ki, Polis Akademiyasında gənc müdavimlərə dərs deyir. Necə deyir, nə təhər deyir, bu haqda məlumatım yoxdur. Amma onu yaxşı bilirəm ki, gözəl pedaqoq və peşəkar polis olduğu üçün onu hamı çox istəyir. Deməli, yerində olan müəllimlərdəndir, çalışdığı kollektivdə də nüfuz və hörməti var…
Nə isə, keçək əsas məsələyə. Əvvəlcə onu hər yerdə təqdim edən adından başlayaq. Cavanşir adı fars mənşəli olub, “cavan” (gənc) və “şir” (aslan) sözlərinin birləşməsindən əmələ gəlib. Lüğəvi mənası “gənc aslan”, “qəhrəman” və ya “igid” deməkdir. Tarixi baxımdan isə, bu ad Qafqaz Albaniyasının məşhur hökmdarı və sərkərdəsi Cavanşirin şərəfinə xüsusi tarixi əhəmiyyət daşıyır. Şirin yavaş-yavaş qocalmasına aldanmayın, Şir elə Şirdir…
Polis polkovniki Cavanşir 1966-cı ilin iyun ayının 18-də anadan olanda həftənin 6-cı gününü olub. Elə ona görə də intizamlı, məsuliyyətli və çalışqan insandır. Astroloji və psixoloji baxımdan həyatdakı çətinliklərə hazır olan, addımlarını ölçüb-biçən və ailə həyatından daha çox işə və ya şəxsi inkişafa fokuslanan xarakteri var. Həyatını iş və nizam üzərində qurmağı sevir. Hətta evdə belə özünü işdəki kimi nizamlı aparmağa çalışır. Qarşısına çıxan çətinliklərə qarşı dözümlüdür, məqsədinə çatmaq üçün səbrlə və aramla addımlayır. Qədim inanclara və astroloji yozumlara əsaslanıb deyə bilərəm ki, Cavanşir möhtəşəm kişilərdəndir. Beləsinə can qurban etmək olar. Bəli, haqqında danışdığım polis polkovniki Cavanşir Növruzov həm də polisə başucalığı gətirən polislərdəndir…
İyunun 18-i 60 yaşı tamam olur. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram…
Hörmətlə, Elman Eldaroğlu





















