Bütün yahudiləri qoruyacağına söz verən “Mossad” nədir?

Günümüzdə müharibələr yalnız hərbi sferada özünü göstərmir. Qarşı tərəfə qalib gəlmək üçün əsas vasitələrdən biri də kəşfiyyati  üstünlüklərə malik olmaqdır.

Hazırda dünyanın əsas gündəmi olan İsrail və Fələstin arasındakı münqişədə də gözlər İsrailin dünyanın ilk beşliyinə daxil olan kəşfiyyat xidməti “Mossad”a çevrilib.

Bir çox mütəxəssislər həmin mahirəbənin gedişatını məhz “Mossad”ın kəşfiyyati xidmətləri sayəsində dəyişəcəyi qənaətindədir.

Bəs, “Mossad” necə dünyanın ən yaxşı kəşfiyyat xidmətlərindən biri oldu?

“Mossad” nədir?

“Mossad” İsrailin milli kəşfiyyat orqanıdır. O, ölkənin, hərbi kəşfiyyat agentliyi “Aman” və daxili təhlükəsizlik agentliyi “Şin Bet” ilə birlikdə İsrail Kəşfiyyat Birliyinin bölmələrindən biridir.

Hansı vəzifələri yerinə yetirir?

“Mossad” kəşfiyyat məlumatlarının toplanması, gizli əməliyyatlar və terrorla mübarizəyə cavabdehdir. Qurumun əsas mahiyyəti yarandığı gündən təkcə İsraili deyil, həm də dünyanın bütün yahudi icmalarını mümkün hücum cəhdindən qorumaqdır.

“Mossad”ın tarixi

“Mossad” 13 dekabr 1949-cu ildə Mərkəzi Koordinasiya İnstitutu olaraq yaradılıb.

1951-ci ilin martında o, yenidən təşkil olunub. Lakin təşkilat müxtəlif rəsmi adlarla 1990-cı illərə qədər fəaliyyətini gizli saxlaya bilib.

Dərin dövlət

“Mossad” heç bir hüquqi məqsəd, rol, vəzifə, səlahiyyət və büdcə ilə müəyyən edilə bilməz və İsrail Dövlətinin konstitusiya qanunlarından tamamilə azad olduğu üçün dərin dövlət hesab olunur.

“Mossad” direktoru birbaşa İsrailin Baş naziri qarşısında cavabdehdir.

İllik büdcəsinin təqribən 10 milyard şekel olduğu təxmin edilən “Mossad” bəzi mənbələrə görə, Amerika və Qərb dünyasında ikinci ən böyük kəşfiyyat təşkilatıdır.

Üzvləri

Rəsmi mənbələrə əsasən, təşkilatın 1200 personala malikdir. Lakin qeyr-rəsmi məlumatlarda onun sayının dünya üzərində 30 mindən çox olduğu bildirilir. Qeyd olunur ki, hər bir yəhudi bu və ya digər şəkildə “Mossad”a xidmət edir. Hətta israillilər “Mossad” xidməti və onun üçün məlumat toplamağı özlərinə borc bildikləri də vurğulanır. Çünki yahudilər “Mossad” sayəsində qorunduqlarına inanırlar.

“Mossad” və İsrail-Fələstin münaqişəsi

7 oktyabrda HƏMAS-ın İsrailə hücumu nəticəsində “Mossad” yenidən dünya kəşfiyyatının gündəminə gəldi. Bəzi mütəxəssisləri qeyd edirlər ki, belə bir təşkilat niyə hadisələri öncədən müəyyən edə bilməyib. Çünki belə bir qəfil hücum üçün uzun hazırlıq dövrü tələb edir.

Hazırda İsraildə bununla bağlı araşdırma aparılır və araşdırmanın illər ərzidnə çəkəcəyi də bildirilir.


Share: