“Bütün oyunlar bu günün qarşısını almaq üçün idi” — Ərdoğan

“Türkiyəyə qurulan bütün tələlər, oynanan bütün oyunlar bu günün qarşısını almaq üçün idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “balkon çıxışı” zamanı deyib.

“Bu gün həm vətəndaşlarımızın, həm də gələcəyini bizimlə görən dost və qardaşlarımızın zəfər və minnət dualarının yerinə yetdiyi gündür. Seçki qutuları bağlandı və telefon zəngləri axmağa başladı. Körfəzdən İngiltərəyə, Rusiyaya qədər hamı  təbriklərini çatdırdı. Son 10 ildə Türkiyəyə qurulan bütün tələlər, oynanan bütün oyunlar bu günün qarşısını almaq üçün idi. Qarşımızda kimin dayandığını gördünüz. Onlar uğursuz oldular. Türk millətinin zəifliyini tapmağa çalışanlar yenə də uduzacaqlar. Hətta son seçkilərdə gördüklərimiz də millətimizin şərəfli mövqeyini göstərdi. Nə qədər ki, bizimlə millətimiz arasında sevgi körpüsü bu qədər möhkəmdir, öhdəsindən gələ bilməyəcəyimiz problem yoxdur”, – deyə Ərdoğan bildirib.


Share: