“Burger King”-də partlayış: Rusiya və İran vətəndaşları yaralanıb + FOTOLAR

İrəvanda kafedə baş verən partlayışda Rusiya və İran vətəndaşları yaralanıb.

Kafedə qaz balonunun partlaması nəticəsində 3 Rusiya və 2 İran vətəndaşı xəsarət alıb.

Hadisə zamanı ümumilikdə 9 nəfərin yaralandığı təsdiqlənib. Onlardan ikisi uşaqlardı. Səkkiz yaşlı qızın vəziyyətinin ağır, digərlərinin kafi olduğu bildirilir.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri müəyyənləşdirilir.

***

İrəvanda partlayış baş verib.

Hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Partlayış “Burger King” kafesində qeydə alınıb. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Baş vermiş partlayışın səbəbi hələlik məlum deyil. İlkin məlumata görə, kafedə qaz balonu partlayıb.

Müstəqil.Az

 

  • news detail
  • news detail
  • news detail
  • news detail

 

Share: