Bulud Qaraçorlunun doğum günü Güneydə şeir günü seçildi

Mayın 12-də Azərbaycanın güneyində bir qrup ədəbiyyatçının istəyi ilə “Yeni Qapı” saytının İnstagram səhifəsində Güney Azərbaycanda türk şeir gününün seçilməsi ilə bağlı səsvermə keçirilib.

Kulis.az xəbər verir ki, 24 saat ərzində sözügedən səsvermədə ziyarətçilərin 94,21%-i, 6895 nəfər iştirak edib.

Səsvermə başa çatdıqdan sonra nəticələr aşağıdakı kimi olub:

A. Məhəmməd Füzuli 478 səs (9,93255%)

B. İmadəddin Nəsimi 793 səs (11,50108%)

C. Həbib Sahir 679 səs (9,84774%)

D. Bulud Qaraçorlu 4945 səs (71,71863%)

Nəticələrə əsasən azərbaycanlı şair Bulud Qaraçorlu Səhənd 4945; 71,718 faiz səslə birincilik qazanıb.

Qeyd edək ki, Bulud Qaraçorlu Səhənd 1926-cı ilin yazında Marağa şəhərində anadan olub və 1979-cu ildə 53 yaşında Tehran şəhərində vəfat edib. Onun doğum və ölüm tarixi ilə bağlı tam məlumat yoxdur.

Doğum tarixi dəqiqləşdirildikdən sonra ona əsasən Güney Azərbaycanda türkcə şeir günü elan ediləcək.



Share: