Bu uşağın Kim Çen İnin qızı olduğu iddia edilir — Fotolar

Şimali Koreya lideri Kim Çen İn bu dəfə ailəsi ilə gündəmdədir.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya Dövlət Televiziyasında yayımlanan verilişdəki kiçik qızın Kim Çen İnın qızı ola biləcəyi iddia edilir.

Ölkənin qurulmasının 75-ci ildönümü tədbirində səhnədə rəqs edən kiçik qız dünya mediasının diqqətini çəkib. Belə ki, çinli mütəxəssislərin iddiasına görə, kameraların daha çox həmin uşağa fokuslanması, eləcə də səhnədə saçını toplamayan yeganə qız olması, Kim Çenin onun çıxışı zamanı daha çox sevinməsi bunu söyləməyə əsas verir. Bundan başqa, tədbirdən sonra Kim Çen İnin xanımı Ri Sol Ju qıza yaxınlaşaraq onunla xüsusi rəftar edib.

 


Share: