Bu səhər də Neftçalada… -Fərman HÜSEYNOV  yazır

Bu səhəri də kornavirusun sərt hədələri, vahiməli dedi-qoduları ilə açdıq.
Bu səhər də üzümüzü şorlaşmış Kür suyu ilə yumağa, ağzımızı şor su ilə yaxalamağa məhkum edildik.

Bu səhər də Neftçalada min əziyyətlə ərəsəyə çatmış ağaclar, güllər-çiçəklər, minlərlə dolanışıqdan əziyyət çəkən sakinlərin yetişdirdiyi bostan məhsulları, kənd əhalisinin çörək ağacları hesab edilən əkin-biçinləri, heyvan-qaraları  Kürün bulanıq suyunu ögiyə-ögiyə içib məhvə, ölümə doğru bir addım da atdıqlarana şahidlik etdik.
Bu səhər yenə xəstəxanalarımız xəstələr üzünə bağlı idi, həkimlər nə işlə məşğul olacaqları sualına cavab axtarırdılar. Üstəlik məlumat sızmışdı ki, Salyan xəstəxanasıda karantinə bağlanacaq, deməli Neftçalanın xəstə sakinləri 100km məsafəni Salyana deyil, 200 km Şirvan şəhərinə getməyə sərf edəcəklər ki, bu da intihar deməkdi.
Bu səhər minlərlə sakinimiz “sizə 190 manat düşmür, çünki 6-ı nəfərlik ailə üzvünüzdən biri  80manat veteran pulu alır və ya 5 nəfər ailə üzvü olan, heç biri işləməyən ailəyə sosial yardım düşmür, ona görə ki, 1 hektar torpağınız var” deyə, hümanist hakimiyyətimizin hümanist tələbi ilə üz-üzə gəldilər.
Bu səhər susuzluqdan dili-dodağı cadarlanmış Neftçala sakinləri şirin su həsrəti ilə küçələrə çıxdılar, 10 minlərlə insana cəmi 4-5 maşın suyla təmin etməliydi ki, bu da insanlar arasında didişməyə, çəkişməyə, əlbəyaxa, savaşa səbəb olurdu, qəzəblənmiş şəxslərin təpik zərbəsindən aşan vedrənin suyuna kənardan itin, pişiyin, toyq-cücənin, mal-qaranın cumub acgözluklə şirin suyu içmələrinə tamaşa etmək milyardlar sahibi, neft ölkəsində doğrudanda dəhşətli təsurat yaratmaya bilməz. Yəni doğrudanmı bu boyda həm də varlı məmləkətdə hökumət 30-40 su maşını tapıb suyun zillətin çəkən Neftçalaya göndərə bilmir? Yəni doğrudanmı Salyandan Neftçalaya şirin su gətirməyə milyardlar sahibi olan ölkənin gücü çatmır ki, 20 günə su xətti çəkəsin? Bu sadəcə rəzalətdir, vəssalam. Bu insanlrın taleyinə biganəlikdir, vəssalam.
Bütün texnikanı tökün Salyana dərhal nəhəng anbar qazsınlar. Onlar anbar qazanda su borularını böyük briqada ilə quraşdırın. Yetər ki,  yazıq insanların halına acıyın, onların çəkdikləri əzabları duyun.
Təcili olaraq Neftçalada Xəzərin sahilində Xidirlıda olduğu kimi şor suyu şirin suya çevirən qurğu quraşdırın, ən azı bu su kənd təsərrüfatını xilas edər. Erməni kilsələrinə, xarici ölkələrin mədəniyyət oczqlarına, əhəmiyyətsiz iclaslara ayrılan milyonları yönəldin Kür çayının xilasına. Gəlin əı-ələ verəyin, güclərimizi birləşdirəyin bu insanlarımızı ölüm qorxusu ilə hədələyən bu problemləri həll edəyin.
Bu gün səhərdən-axşamacan, hər saat, hər dəqiqə Millət vəkilimiz Sabir Rüstəmxanlı gah MM-də, gah Prezident Aparatında, bütün nazirliklər qarşısında dayanmdan, yorulmadan sorğular verir, məsələlər qaldırır, yetər ki, hamının diqqəti Neftçalanı diz çökdürən bu problemlərin həllinə yönəlsin. Sabir müəllim işsizlərmizlə bağlı mən bilirəm kimlərin qaısını döyür, xahiş edir. Düşdüyümüz durum ciddidir, hesab edirəm bunu həm yerli hakimiyyət, həm əhalimiz yaxşı dərk etməli, mərkəzi hakimiyyət Neftçalaya qarşı ögey münazibətə son qohmalıdır. Yoxsa nə uca Tanrı, nə də əhalimiz bizi bağışlamaz.

Share: