Bu restoranlarda nöqsanlar aşkarlandı — Siyahı

Martın 30-da Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 1 ticarət müəssisəsi, o cümlədən 11 aptek və 11 ictimai iaşə müəssisəsində monitorinqlər həyata keçirilib.

“Qafqazinfo” xəbər verir ki, ümumilikdə 15 müəssisədə nöqsanlar müəyyən olunub. 

Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 7, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1, məhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:





















Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Apteklər

1

“Dokta Sahib” aptek

Xaçmaz şəhəri, N.Nərimanov küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı                                                                         

2

“Şöhrət-A” MMC-yə məxsus aptek

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3

“Dokta” aptek

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

4

“Dokta” aptek

Şirvan şəhəri, 20 Yanvar küçəsi, ev 26A

Məhsulun içlik vərəqəsi ilə üzərində qeyd olunan məlumat arasında uyğunsuzluq

5

“Zeytun Pharmaceuticals” MMC-yə məxsus aptek

Qəbələ rayonu, Zarağan kəndi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

6

“Dokta” MMC-yə


məxsus aptek

Zaqatala şəhəri, F.Əmirov küçəsi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

7

“BioFarm” MMC-yə məxsus aptek

Zaqatala şəhəri, Ş.Qurbanov küçəsi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

İctimai iaşə müəssisələri

8

“La Villa” restoranı

Sabunçu rayonu, Bakıxanov ştq, Y.Əliyev küçəsi, ev 96

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq

9

“Black Lounge”

Yasamal rayonu, A.Şaiq küçəsi, ev 241

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

10

“Meduza” restoranı

Yasamal rayonu, B.Bağırova küçəsi, ev 2A

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

11

“Second Cup” kafesi

Yasamal rayonu, A.Şaiq küçəsi, ev 216

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

12

“Sədi” kafesi

Gəncə şəhəri, Təbriz küçəsi

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

13

“Yeni Həyat” kafesi

Gəncə şəhəri, H.Əliyev prospekti, ev 5A

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

14

 “Qırmızı” kafesi

Goranboy rayonu, Qızılhacılı qəsəbəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

15

“Palma” kafesi

Naftalan şəhəri, Şirvan prospekti

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu


Share: