Bu rayona 8 sm qar yağıb — Faktiki hava

Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda  qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 8 sm, Xınalıqda 6 sm, Qrızda 3 sm olub.

Ölkə ərazisində müşahidə  olunan qeyri-sabit ,  yağıntılı hava şəraiti mayın 4-ü axşamadək davam edəcək. Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.


Share: