“Bu, qarşıya qoyduğumuz məqsədlərə nail olmağa imkan verəcək”

“Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynanı silahlandırmaqda davam edir və Kiyev rejimi təlim keçməmiş əsgərləri mənasız hücumlara, qırğınlara atır”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada nazirlik rəsmiləri ilə görüşü zamanı bildirib.

“Qərbin və onların Kiyevdəki əlaltılarının bu cür hərəkətləri Ukraynanı ancaq özünü məhv etməyə sövq edə bilər.

Bu şəraitdə biz Silahlı Qüvvələrin döyüş qüdrətini, o cümlədən xüsusi hərbi əməliyyat təcrübəsini nəzərə alaraq müasir silahlarla təchiz etməklə və qoşunların hazırlığını təkmilləşdirməklə artırmağa davam edirik. 2025-ci ilə qədər Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası qarşıya qoyduğumuz məqsədlərə nail olmağa imkan verəcək”, – deyə Şoyqu bildirib.


Share: