“Bu qələmim yay kimidir, Cümlələrim oxdur…”-Elnur Rəsuloğlu Əliyev

Elnur Rəsuloğlu (Əliyev)
 
Adam
 
Mənim sənlə barışmağa
Ehtiyacım yoxdur, Adam.
Mövzu axtar danışmağa,
Ətrafında çoxdur, Adam.
 
Ömür axan çay kimidir,
Təb Tanrıdan pay kimidir.
Bu qələmim yay kimidir,
Cümlələrim oxdur, Adam.
 
Söz altından çıxar hər iş,
Yüksələnlər edər eniş.
Əlim açıq, qəlbim geniş,
Gözlərimsə, toxdur, Adam.
Share: