Bu ölkələr Ukraynaya 450 milyon avroluq hərbi yardım göndərdi

Fevraldan indiyə qədər Litva Ukraynaya 153 milyon avro dəyərində silah, Latviya isə 300 milyon avrodan çox hərbi yardım göndərib. 

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Baltikyanı respublikaların Müdafiə nazirlikləri məlumat yayıb.

Litvanın müdafiə naziri Arvidas Anuşauskas bildirib ki, gələn həftə Almaniyanın Ramşteyn aviabazasında donor ölkələrin görüşündən sonra Ukraynaya hərbi yardım “daha ​da artacaq”.

Latviyadan Ukraynaya hərbi yardımın həcmi iki dəfə çox olub.

“Latviya hökumətinin Ukraynaya göstərdiyi hərbi yardım təqribən 300 milyon avro təşkil edib.  Vətəndaşlar, sahibkarlar və qeyri-hökumət təşkilatlarının ianələri isə 15,7 milyon avrodan çox qiymətləndirilir”, – deyə Latviya Müdafiə Nazirliyindən bildiriblər.


Share: