Bu ölkədə bazar günü ticarət QADAĞAN OLUNDU

Yanvarın 30-da Polşa prezidenti Anjey Duda həftənin bazar günü ticarəti qadağan edən qanunu imzalayıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, qanun 2018-ci ilin martından 2020-ci ilin yanvarınadək müəyyənləşdirilən keçid dövrü ərzində tədricən qüvvəyə minəcək. Mağazalar martdan başlayaraq ayın yalnız ilk və son bazar günləri, 2019-cu ildə yalnız ayın son bazar günü ticarətlə məşğul ola biləcək. 2020-ci ildən başlayaraq həftəsonu ticarətinə tam qadağa tətbiq olunacaq.

Qanunda bir neçə istisnalar nəzərdə tutulub. Bazar günləri yalnız internet-mağazalar və yanacaqdoldurma məntəqələrində yerləşən ticarət obyektləri fəaliyyət göstərəcək. Qanunu pozanları cərimə və ya azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qanunun əleyhdarları yeni qaydaların, ilk növbədə, Şərqi Polşadakı sərhədyanı rayonlarda yerləşən mağazalara mənfi təsir göstərəcəyini iddia edirlər. Belə ki, təkcə Belarus vətəndaşları Polşa mağazalarında 100 milyon avrodan çox pul xərcləyir.

Share: