Bu ölkə kraliçanın vəfatı ilə əlaqədar matəm elan etdi

Pakistanda sabah Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar matəm olacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, İnformasiya və Yayım naziri Meryem Aurangzeb Baş nazir Şahbaz Şərifin təsdiqi ilə kraliçanın vəfatı ilə bağlı milli matəm elan edildiyini açıqlayıb.

Matəm çərçivəsində bütün ölkədə bayraqlar yarıya qədər endiriləcək.

Qeyd edək ki, Böyük Britaniya kraliçası II Elizabet sentyabrın 8-də vəfat edib.


Share: