Bu ölkə də Qəzza zolağından öz vətəndaşlarını təxliyə edir

İordaniya Qəzza zolağından öz vətəndaşlarını Rəfah keçid məntəqəsi vasitəsilə təxliyə etməyə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat yayıb.

“Xarici İşlər və Qürbətçilərin İşləri Nazirliyi qardaş Misir Ərəb Respublikasının səlahiyyətli orqanları ilə razılaşdırılaraq, İordaniya vətəndaşlarının Qəzza zolağından Rəfah keçid məntəqəsi vasitəsilə təxliyəsinə başlandığını elan edib”, – deyə departamentdən bildirilib.


Share: