Bu istiqamətlərdə əlavə reyslər təyin edilir

“Azərbaycan Dəmir Yolları” QSC bayram günlərində artan sərnişin tələbatını nəzərə alaraq əlavə reyslər təyin edir.

“Qafqazinfo” xəbər verir ki, noyabrın 8, 9, 10, 11, 12-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar hər gün

– 07:30-da Bakıdan Qəbələyə,

– 19:00-da Qəbələdən Bakıya yola düşəcək.

Bildirilib ki, noyabrın 4-ü iş günü sayıldığından həmin günə olan reys ləğv edilir.

Əvəzində noyabrın 5-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatar təyin olunur.

Səfərlərinizin bir toxunuş qədər rahat olması üçün “ADY Mobile”dan istifadə edin.


Share: