Bu il Rusiyaya çox miqrant axını olmayacaq

2024-cü ildə Rusiya Federasiyasında yüngül və ağır maşınqayırma sənayesində və müdafiə sənayesində kəskin işçi çatışmazlığı hiss olunacaq.

-nın Moskva müxbiri xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” (KP) nəşri yazıb.

Bildirilib ki, kəskin işçi çatışmazlığından tekstil sənayesi də zərər görəcək. Amma marketinq, maliyyə və hüquq sahəsində həddindən artıq kadr çoxluğu davam edəcək.

Nəşrin yazdığına görə, 2024-cü ildə Rusiya Federasiyasına çox miqrant axını olmayacaq. Çünki miqrantların əksəriyyəti üçün Rusiyada işləməyin mənası yoxdur, Belə ki, onlar öz ölkələrində də eyni məbləği qazana bilərlər. Buna səbəb isə rublun məzənnəsinin ucuzlaşmasıdır.

Share: