Bu gün olacaq günəş fırtınası elektrik şəbəkəsinə ziyan vuracaq

Alimlər Günəş atmosferində olan boşluğun bu gün Yerə doğru günəş fırtınası başladacağını açıqlayıblar.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yüklü hissəciklərin davamlı axını bu boşluq vasitəsilə yayıla və saatda 3 milyon kilometrə qədər yüksək sürətlə hərəkət edə bilər.

Tədqiqatçılar günəş fırtınasının intensivliyini “G1” olaraq qiymətləndiriblər.

Mütəxəssislər xəbərdarlıq ediblər ki, günəş qasırğası elektrik şəbəkələrinə və peyk rabitəsinə ziyan vura bilər.


Share: