Bu gün mərhum Polkovnik-Leytenant Anar Kərimovun doğum günüdür…

Bu gün Azərbaycan ordusunun mərhum Palkovnik-Leytenantı Kərimov Anar Akif oğlunun doğum günüdür.  Yaşasaydı, 42 yaşı tamam olacaqdı.
Anarın məzarı Şamaxı şəhərinin Nüydü kəndində yerləşir. Bu gün onun doğum gününü ailəsi gözü yaşlı şəkildə qeyd edir. Sevinc isə onun yalnız məzar daşında olan şəkildə qaldı.
Düz deyiblər:- şəkillər susmur. İnsanın necə insan oduğu sağ ikən gözlərindən, dünyasını dəyişdikdən sonra isə şəkillərindən bəlli olur. Anaraın necə dürüst, mərd, vətənpərvər, ailəcanlı, insansevər olması onun yaxınları, dostları doğmaları tərəfindən deyildiyi kimi şəkillərində də təcəlla edir.
O, özünün az olan ömründə “Polkovnik-Leytenant” rütbəsinə qədər yüksəldi. Tanıdığı heç bir kəsdən yardımını əsirgəmədi. Valideynlərinin başını hər zaman uca etdi. Vətənə layiqli övlad oldu.
 
Allah rəhmət eləsin!
Share: