Bu gün işdən çıxarılan icra başçısı: qarovulçunu döymüşdü, şəhidin ruhunu təhqir etmişdi…

Beyləqan rayonunun bu gün işdən çıxarılan icra hakimiyyəti başçısı Vaqif Abdullayev barəsində ən çox şikayət eşidilən, qanunsuz əməlləri ilə tanınan məmurlardan idi.

Virtualaz.org xatırladır ki, 2018-ci ilin mayında sosial şəbəkələrdə Vaqif Abdullayev tərəfindən döyülüb burnu sındırılan qarovulçunun müraciəti yayılmışdı. Həmin müraciətdə Beyləqanda tikilən Olimpiya Kompleksinin qarovulçusu işlərən Rahil Əliyev icra başçısı Vaqif Abdullayevin bərk sərxoş vəziyyətdə onu necə döydüyü, Qarabağda şəhid olan atasının ruhunu təhqir etdiyini danışırdı. Həmin müraciət barədə bu linkdə:

Müstəqil.Az

Share: