Bu gün ÇL-də 9 matç keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.

Dünən təxirə salınan “Reyncers” – “Napoli” matçı da bu gün keçiriləcək.

Çempionarl Liqası

Qrup mərhələsi, II tur

14 sentyabr

A qrupu

23:00. “Reyncers” (Şotlandiya) – “Napoli” (İtaliya)

Xal durumu: “Napoli” – 3. “Liverpul” – 3 (2 oyuna). “Ayaks” – 3 (2 oyuna). “Reyncers” – 0

E qrupu

20:45. “Milan” (İtaliya) – “Dinamo” (Zaqreb, Xorvatiya)

23:00. “Çelsi” (İngiltərə) – “Zaltsburq” (Avstriya)

Xal durumu: “Dinamo” – 3, “Milan” – 1, “Zaltsburq” – 1, “Çelsi” – 0

F qrupu

20:45. “Şaxtyor” (Donetsk, Ukrayna) – “Seltik” (Şotlandiya)

23:00. “Real Madrid” (İspaniya) – “Leyptsiq” (Almaniya)

Xal durumu: “Şaxtyor” – 3, “Real Madrid” – 3, “Leyptsiq” – 0, “Seltik” – 0

G qrupu

23:00. “Kopenhagen” (Danimarka) – “Sevilya” (İspaniya)

23:00. “Mançester Siti” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Mançester Siti” – 3, “Borussiya” – 3, “Kopenhagen” – 0, “Sevilya” – 0

H qrupu

23:00. “Yuventus” (İtaliya) – “Benfika” (Portuqaliya)

23:00. “Makkabi” (Hayfa, İsrail) – PSJ (Fransa)

Xal durumu: Benfika – 3, PSJ – 3, “Yuventus” – 0, “Makkabi” – 0.

 


Share: