Bu gün Azərbaycan vətəndaşları da Qəzzadan çıxarılacaqlar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəzza zolağının Sərhəd Mühafizəsi noyabrın 2-də Misirlə sərhəddəki “Rəfah” keçid məntəqəsi vasitəsilə anklavı tərk edə biləcək təxminən 600 nəfərin adı olan siyahı dərc edib.

Məlumata görə, faylda 596 əcnəbinin və ikili vətəndaşların, o cümlədən 400 ABŞ vətəndaşının adları və pasport məlumatları var.

Qeyd edək ki, siyahıya Azərbaycan, Belçika, Bəhreyn, Niderland, Macarıstan, İsveçrə və Cənubi Koreya vətəndaşları da daxildirlər.

Mənbə: TASS

Share: