Bu gün Azərbaycan derbisi var

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında birinci dövrəyə yekun vurulacaq.

“Qafqazinfo” xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçında “Sumqayıt” “Kəpəz”i qəbul edəcək. Turun son matçında isə Azərbaycan derbisi keçiriləcək. “Neftçi” azarkeşləri önündə “Qarabağ”ı qəbul edəcək.

8 oktyabr (bazar)

16:30. “Sumqayıt” – “Kəpəz”

Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev

Hakim-inspektor: Orxan Məmmədov

AFFA nümayəndəsi: Rüfət Əmirov

“Kapital Bank Arena”

19:30. “Neftçi”– “Qarabağ”

Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elçin Məmmədov

“Neftçi Arena”


Share: