Bu gün 5 mikrorayonda su olmayacaq

“Azərsu” ASC abonentlərinə xəbərdarlıq edib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.aza verilən məlumata görə, Bakı şəhəri Nəsimi rayonu M.Cəlal və H.Seyidzadə küçələrindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar bu gün ərzində Nəsimi rayonunun bəzi ərazilərinə – 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci mikrorayonlara içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Share: