Bu gün FIFA Dünya Çempionatının kuboku Azərbaycana gətirilir.Dünyanın gözü burada olacaq

Bu gün FIFA Dünya Çempionatının kuboku Azərbaycana gətiriləcək.

Müstəqil.az xəbər verir ki, kubok 1998-ci ilin futbol üzrə dünya çempionu Kristian Karambönün müşayiəti ilə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enəcək.

Daha sonra saat 13:00-dan 19:00-dək “Gənclik Mall”da futbol azarkeşlərinə sərgilənəcək.

Qeyd edək ki, FIFA Dünya Çempionatının kuboku “Coca-Cola” şirkətinin təşəbbüsü ilə bu il 4-cü dəfə dünya turuna çıxarılıb. 50 ölkənin futbolsevərlərinə nümayiş etdirilməsi nəzərdə tutulan kubokun dünya səyahəti 2018 DÇ-yə ev sahibliyi edən Rusiyanın paytaxtında yekunlaşacaq.

Kubok səfəri Azərbaycana “Coca-Cola” şirkətinin ölkəmizdə uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Share: