Bu ay üzrə bütün sosial ödənişlər yekunlaşdı

Sentyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi başa çatdırılıb.

Bu barədə “Qafqazinfo”ya Dövlət Sosial Müdafiə Fondundan (DSMF) məlumat verilib. 

Bildirilib ki, bundan əvvəl – sentyabrın 8-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, sentyabrın 15-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin sentyabr ayının pensiya ödənişləri həyata keçirilib.

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.


Share: