Bu abituriyentlər yay qəbul imtahanlarına buraxılmayacaq

Xəbər verdiyimiz kimi, bu gün Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, 3 nəfərdə mobil telefon, 1 nəfərdə “ağıllı” saat aşkarlandığı, 1 nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub.

Bildirilib ki, imtahandan xaric olunanların nəticələri ləğv olunur və onlar yay qəbul imtahanlarına da buraxılmırlar.


Share: