Britni Spirs 12 milyon dəyəri olan evini satmaq qərarına gəlib

Amerikalı pop müğənni Britni Spirs əri Sem Asqarı ilə 2022-ci ilin iyununda 11,8 milyon dollara aldıqları evi satmaq qərarına gəlib.

Ev Los-Anceles dairəsinin Kalabasas şəhərində yerləşir. Mənzilin təxminən 1,1 min kvadratmetr sahəsi olduğu bildirilir.

Sənətçi atasının qəyyumluğundan çıxdıqdan sonra həyatını “sıfırdan” məhz bu evdən başlamağı planlaşdırırdı.  

Mənbə yazır ki, bir müddət mənzildə qalan sənətçi evi bəyənmədiyi üçün onu satmaq qərarına gəlib.

Qeyd edək ki, Britni Spirs 2008-ci ildə narkotik vasitələrdən istifadə səbəbindən və psixi sağlamlığı ilə bağlı problemlərlə üzləşib. O vaxtdan bəri müğənninin maliyyə məsələləri atasının və məhkəmənin təyin etdiyi vəkilin nəzarəti altında olub. 2021-ci ilin noyabrında Los-Anceles məhkəməsi Britni Spirs üzərində atasının qəyyumluğunu rəsmi olaraq ləğv edib.

Mənbə: Tmz.com

Share: