Britaniya şahzadəsi uşaqlara qarşı cinsi zorakılıqda ittiham olunur

Britaniya şahzadəsi Endryu Ukraynaya səfəri zamanı seksual zorakılıqda ittiham olunur.

Bu barədə Böyük Britaniya mətbuatında məlumat yayılıb.

Britaniya şahzadəsi yenidən uşaqlara sərt rəftarla bağlı ittihamlarla üzləşib. Yeni ittihamlar onun iyunda Ukraynanı ziyarət etməsindən sonra ortaya atılıb. Onun Kiyevdə yerləşən məşhur klublardan birində iki uşağa qarşı sərt rəftarı gündəmə gəlib. İttihamı klubda Britaniya nümayəndə heyətini qəbul etmək tapşırılmış Ceyms Obasi adlı şəxs ortaya atıb.

O baş verənlərin şahidi olduğunu bildirib. Bildirib ki, şahzadənin yanına uşaqların gətirilməsi görüb. Onlardan biri 10 yaşlı oğlan, digəri isə 12 yaşlı qız olub. Şahzadə ondan uşaqlar üçün yemək gətirməsini istəyib. Geri qayıdarkən şahzadənin uşaqlara qəbuledilməz şəkildə rəftar etdiyini müşahidə edib. Masaya növbəti dəfə yaxınlaşan C.Obasi uşaqların demək olar ki, çılpaq, halsız və qorxmuş vəziyyətdə olduğunu görüb.

Bundan sonra uşaqların qayğısına qalmağa çalışsa da, təhlükəsizlik xidmətinin əməkdaşları uşaqları özləri ilə aparıblar. Uşaqların bir neçə gün sonra xüsusi təyyarə ilə Parisə göndərildiyi bildirilir.

Share: