Britaniya kralı tarixdə ilk dəfə bunu etdi

Böyük Britaniya kralı III Çarlz Uels parlamentində (Senedd) Uels dilində çıxış edib. 

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu, Britaniya monarxiyası tarxində görünməmiş bir hadisədir.

“Mən bilirəm ki, Senedd və Uels xalqı mənim kədərimi bölüşür. Uels həmişə anamın qəlbində xüsusi yer tutub. Uzun illər Uels şahzadəsi olmaq mənim üçün şərəf idi. İndi oğlum bu titulu daşıyacaq. O, həqiqətən Uelsi sevir”, – deyə Çarlz vurğulayıb.

III Çarlz Senedddə üç dəqiqə yarım danışaraq uels və ingilis dillərində ifadələr işlədib. O, parlamentin deputatlarına başsağlığına görə təşəkkür edib, Uels xalqının və bütün krallığın rifahının qayğısına qalacağına, ölkəyə sədaqətlə xidmət edəcəyinə söz verib.

Qeyd edək ki, Uels dili UNESCO-ya görə yox olmaq təhlükəsi olmayan yeganə Kelt dilidir. Uels dilində danışanların sayı təxminən 1 milyon nəfərdir ki, onların da demək olar ki, 90%-i Uelsdə, təxminən 10%-i isə İngiltərədə yaşayır. 


Share: