Bricit Bardo haqqında film nümayiş olunacaq

Məşhur fransız aktrisasi Bricit Bardo haqqında çəkilən “Bardo” serialında baş rolu Julia de Nunez canlandıracaq.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, may ayında “Start” onlayn kinoteatrında aktrisa Bricit Bardo haqqında fransız serialının premyerasını baş tutacaq.

Qeyd edək ki, altı seriyadan ibarət “Bardo” serialı gənc aktrisanın karyerasının başlanğıcından bəhs edəcək. Bioqrafiya Fransada dünya premyerasından dərhal sonra may ayında Start onlayn kinoteatrında nümayiş etdiriləcək.

Xatırladaq ki, aerial Bricit Bardonun 1949-cu ildə ilk dəfə jurnalın üz qabığında göründüyü vaxtdan 1960-cı ildə oğlunun doğulmasına qədərki periaodu əhatə edəcək.

Share: