Brejnevin nəvəsi öldü

Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Leonid Brejnevin 58 yaşlı nəvəsi Andrey Brejnev vəfat edib.

Müstəqil.az Rusiya mediasına istinadən verdiyi xəbərə görə, o 1983-cü ildə Moskva Beynəlxalq Münasibətlər Dövlət İnstitutunun beynəlxalq iqtisadi əlaqələr fakültəsini bitirib və SSRİ Xarici Ticarət Nazirliyinə işə götürülüb.

SSRİ dağılandan sonra Andrey Brejnev kommersiya və xeyriyyəçiliklə məşğul olub, 1990-cı illərin axırlarında isə siyasətlə maraqlanmağa başlayıb.

O, 2017-ci ildə Dövlət Dumasına seçkilərdə iştirak edib.

Onun namizədliyini “Vətən” partiyası Sevastopoldan irəli sürmüşdü.(Modern.az)

Share: