Bred Pitt “Formula 1″də iştirak edəcək

Amerikalı aktyor Bred Pitt “Formula 1” haqqında çəkiləcək filmə hazırlıq çərçivəsində avtomobil yarışları üzrə Britaniya Qran Prisi çempionatında iştirak edəcək.

Kulis.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

“Bred Pittin Britaniya Qran Prisində liderliyini izləmək bu iyul Silverstounda tamaşaçılar və pərəstişkarlar üçün inanılmaz və sürreal bir an olacaq”, – deyə məlumatda qeyd olunub.

Sənətçi artıq peşəkar yarışlarda iştirak etmək üçün tələb olunan xüsusi icazəni alıb. Adı hələ gizli saxlanılan filmdə Pitt tələbəsini motivasiya etmək üçün idmana qayıdan bir köhnə yarışçı rolunu oynayacaq. Sənətçi həm də lentin prodüseri kimi çıxış edəcək. Çəkiliş üçün tövsiyələri isə avtomobil yarışları üzrə yeddiqat dünya çempionu Lyuis Həmilton verəcək.

Qeyd edək ki, “Qar yağışı” və “Roy”un ulduzu Demson İdrisin də “Formula 1″lə bağlı dramda Bred Pittlə birlikdə oynayacağı daha əvvəl bildirilmişdi.

Share: