Bred Pitin “Formula-1”də iştirakına icazə verildi – FOTO

Amerikalı aktyor Bred Pitt “Formula-1” Britaniya Qran-prisi öncəsi Silverstounda isinmə dövrəsində yarış avtomobilini sürmək üçün təşkilatçılardan xüsusi icazə alıb.

Onun iştirakı ilə çəkiləcək kadrlarından keçmiş “Formula-1” sürücüsü haqqında filmdə istifadə olunacaq. Ssenariyə görə, aktyorun qəhrəmanı böyük idmanı tərk etdikdən sonra gənc pilotun mentoruna çevrilir.

Film 7 qat yarış çempionu Lyuis Hamiltonun istehsal şirkəti olan “Dawn Apollo Films” tərəfindən çəkilir.

Qeyd edək ki, Britaniya Qran-prisi iyulun 7-dən 9-dək keçiriləcək.

Mənbə: mk.ru

Share: