Braziliyanın DÇ-dəki məğlubiyyətindən sonra yaranan dava ölümlə nəticələndi

Braziliya milli komandasının Xorvatiya ilə dünya çempionatının 1/4 final matçında uduzmasından sonra yaranan insident nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Wal” portalı məlumat yayıb.

Məlumata görə, hadisə San-Paulu ştatının Barretos şəhərində baş verib.

Matçın bitməsindən az sonra ticarət mərkəzində başlayan münaqişə ticarət mərkəzinin qarşısında davam edən və atışma ilə nəticələnən kütləvi davaya çevrilib.

Hadisə zamanı 17 yaşlı qız güllə yarasından ölüb, rəfiqəsi yaralanıb.

Polisin məlumatına görə, dörd nəfər avtomobillə hadisə yerindən qaçıb. Münaqişənin səbəbləri açıqlanmır.


Share: