Braziliyada göyərtəsində futbolçuların olduğu təyyarə qəzaya uğrayıb

Braziliyanın Tokantis ştatında təyyarə qəzaya uğrayıb. 

Müstəqil.Az  “Globo” nəşrinə istinadən verdiyi məlumata görə, Portu-Nasiunal şəhərində baş verən qəza nəticəsində 6 nəfər həyatını itirib.

Təyyarə uçuş xəttindən havaya qalxdıqdan az sonra yerə çırpılıb.

Təyyarənin göyərtəsində pilotla bərabər Braziliyada 4-cü diviziyada mübarizə aparan “Palmas” klubunun 4 futbolçusu və klub prezidenti olub.

Müstəqil.Az

Share: