Braziliya millisinin sabiq baş məşqçisini Rio-de-Janeyroda qarət etdilər

Futbol üzrə Braziliya millisinin sabiq baş məşqçisi, Tite kimi tanınan Adenor Leonardo Bakşi Rio-de-Janeyroda qarət edilib.

Qeyd olunur ki, hücum edən şəxs 61 yaşlı mütəxəssisin qızıl boyunbağını oğurlayıb.

Maraqlıdır ki, Titeni tanıyan cinayətkar bu əməli törədərkən yığmanın Qətərdə keçirilən dünya çempionatındakı uğursuz çıxışından da şikayətlənməyə macal tapıb.

Qeyd edək ki, Braziliya millisi DÇ-2022-nin 1/4 final mərhələsində Xorvatiyaya uduzaraq, mundialla vidalaşıb.

Mənbə: O Globo

Share: