Böyük FƏLAKƏT: ölənlərin sayı 1203-ə çatdı – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR – FOTO/VİDEO (YENİLƏNDİ)

İndoneziyada zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1203-ə çatıb. Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi yerli mediaya istinadən yazıb

***

İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroxo təsdiqləyib.

***

İndoneziyada baş verən zəlzələ və sunamı nəticəsində ölənlərin sayı 420 nəfərə çatıb.

Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və İnformasiya Nazirliyinin nümayəndəsi Ferdinandus Setu məlumat yayıb.

Sentyabrın 28-də Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi elan olunub.

***

İndoneziyanın Sulavesi adası sahillərində 7,4 bal gücündə zəlzələ və ardınca sunaminin baş verməsi nəticəsində ölənlərin sayı 384 nəfərə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda mətbuat konfransında təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi bildirib.

Daha 356 nəfərin xəsarət aldığı bildirilir.

Ömər

Share: