Boris Conson deputatlıqdan istefa verdi

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson deputatlıqdan istefa verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Buna səbəb kimi keçmiş baş nazirin koronavirus pandemiyası zamanı karantin rejimini pozması ilə bağlı deputatlara yalan danışıb-danışmadığını araşdıran komissiyadan məktub alması olub.

“Məni parlamentdən çıxarmaq üçün mənə qarşı proseslərdən istifadə etməkdə qərarlı olmaqları məni çox təəccübləndirib”, – deyə Conson bildirib.


Share: