Bombardir yubiley oyununda qol vurdu, “Fənərbağça” “Qalatasaray”la fərqi azaltdı – VİDEO

Türkiyə Super Liqasında XXIV turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, çempionluq uğrunda mübarizə aparan “Fənərbağça” “Kayserispor”un qonağı olub. Matç İstanbul təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

“Bülbüllər”in qollarını Enner Valensiya və Fedri Kadıoğlu vurub. Ev sahibinin təsəlli qoluna son saniyələrdə Arif Kocaman imza atıb.

Bu oyun Enner Valensiya üçün yubileylə əlamətdar olub. 23 qolla Super Liqanın bombardiri olan forvard “Fənərbağça”nın heyətində 100-cü oyununa çıxıb.

Qələbə sayəsində xallarını 53-ə çatdıran “Fənərbağça” lider “Qalatasaray”la fərqi 3-ə endirib. “Sarı-qırmızı”lar bir oyun az keçirib.

Share: