Bizim həyatımız belədir, evdə dənizi, dənizdə evi düşünürük

Müstəqil.Az -ın DSD İB yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı Xəzər Dəniz Neft  Donanmasının kapitanı Bəşir Təhməzovdur

 -Bəşir bəy, deyəsən növbədən yenicə dönmüsən, yorğun deyilsən ki? Dəniz həyatının spesifik yaşam tərzi var. Səninlə də sosial şəbəkə üzərindən “Dənizçi Həyatı” layihəsində həmsöhbət oluram. Sənin baxışlarında bu həyat necə görünür?
-Hazırda dənizdəyəm, lövbərdə dayanmışıq. Bizim həyatımız belədir, evdə dənizi, dənizdə evi düşünürük. Dənizçi peşəsi cətin və şərfəli sənətdir. Dəniz insanı daima özünə çəkir, evdə istirahətdə olanda da iş barədə fikirləşirsən.

Şəkilin açıqlaması yoxdur.
Oxucularla səni daha yaxından tanış etmək istəyirəm. Özün haqda bir qədər də məlumat verəsən yaxşı olar. De, səndə dənizə maraq haradan və necə yarandı?
– Cəlilabadın ucqar dağ kəndində, Şabanlı kəndində  neftci ailəsində doğulmuşam. Orta məktəbi bitirmişəm. Dənizdə 1996-cı ildən işləyirəm, İndiki dənizçilik kollecini bitirdikdən sonra.  2016-cı ildə Kiyev Dövlət Dəniz Yolları Akademiyasında eyni ixtisas üzrə təhsil almışam. Dənizə marağım erkən yaşlarımdan başlayıb. Əmim SSRİ  dövründə Hərbi Dəniz Qüvvələrində xidmətetmişdi. Həmişə dənizdən, gəmilərdən bəhs edirdi.

Şəkilin açıqlaması yoxdur.
– Təcrübəli kapitan olsan da gənc nəsli təmsil edirsən. Kapitan vəzifəsinə qədər gəlmək çətin olmadı ki?

-Artıq seçimimi etmişdim. İndi gəmi kapitanıyam, hədəflərim var, sağlıq olsun. Dənizçi təcrübəm böyükdür. Dənizə gəldiyim gündən donanmamızın balansında olan bütün tip gəmilərdə üzmüşəm. İş zamanı çox hadisələr olub. Vəziyyətdən çıxmaq, yerində, zamanında qərar qəbul etmək kapitanın əsas işlərindən biri olmalıdır.

-İş zamanı hadisələr olur, bəlkə qarşılaşdığın bəzi hadisələri nəql edəsən?
– Bi dəfə “Əli Əmirov” gəmisi ilə “Günəşli” neft yatağında 9-cu özülə yaxınlaşanda yanalma vaxtı şatel qurğusunun biri sıradan çıxdı. Bu qurğu gəminin burun hissəsini yaxınlaşdırmaq üçün sükan mexanizminə köməkçi funksiyasını yerinə yetirir.  Bu zaman çox soyuqqanlı olmaq lazımdır. İndi kapitan olan Murad Muradov o zaman baş köməkçi idi.  O da öz bilik və bacarığını nümayiş etdirdi, gəmini qəzadan gurtardıq.

Şəkilin açıqlaması yoxdur.

Ümumilikdə AXDG QSC bir ocaq, bir doğma kollektiv olaraq insanlarımızın formalaşmasında hər hansı bir rolu oynadığını nə ilə izah edərsən?
-AXDG QSC bizə doğma təshkilatdır. Bura həm də bir məktəbdir, desən yanılmaram. Kifayət qədər nüfuzu və keçmişi, ənənəsi olan strukturları tərkibində birləşdirən bu gəmiçilik şirkətində gözəl insanlar var.  Təcrübəli mütəxəssislər cəlb olunub ki,  biz onlardan numunə götürmüşük. Gəmiçiliyimizi inkişaf etdirmək yox, həm də qorumalıyıq. Əlbəttə bunun üçün elə insanlar rəhbərlikdə təmsil olunmalıdır ki, onlar özlərinin təkcə görəvlərini yerinə yetirməklə kifayətlənməməli, həm də Millətimizin, dövlətimizin sərvəti olan gəmiçiliyimizi qorumalıdırlar. Nə yaxşı ki, rəhbərlikdə belələri təmsil olunub.

-Gərgin iş bhaşındasız, dənizdə növbə çəkirsiz. Vaxtını almayım, sağ ol.

– Müsahibə üçün təşəkkür edirəm və fürsətdir, rəhbərlik etdiyiniz “DSD” İB yinə uğurlar arzulayıram. Bu birlik bizə doğmadır, sözümüzü¸arzularımızı yuxarı inistansiyaya çatdırır, hər hansı bir istəyimiz olarsa ictimailəşdirir, dənizçilərimizin hər hansı bir probleminə etinasız yanaşmır.  Çox istərdim dənizçilərin problemlərini bundan da sonra daiama işıqqladırsın ki, əlaqədar təşkilatlar tərəfindən həllini tapsın.

Söhbətləşdi: Faiq Balabəyli

 

 

 

 

 

Share: