“Bizi hesabın qane etməsi arxayınlaşdırdı”

“Qarabağ”ın futbolçusu Qara Qarayev Avropa Liqasının qrup mərhələsinin V turunda “Nant”a uduzduqları görüşü şərh edib.

“Qafqazinfo” xəbər verir ki, “CBC Sport”a danışan yarımmüdafiəçi 1:2 hesabıyla başa çatan görüşlə bağlı bunları deyib:

“Komanda olaraq yaxşı hazırlaşmışdıq. Oyunun tempini əvvəldən planlaşdırmışdıq. Oyunun əvvəlində qoldan başqa hər şey xeyrimizə idi. İmkanlarımız olurdu. Rəqibə çox imkan verdik, lakin fərqi hesabla qələbə qazana bilərdik. Futbol belədir. Adımıza layiq şəkildə mübarizə apardıq. Fürsətləri qola çevirsəydik, fərqli olacaqdı. Bəlkə də, bizi hesabın qane etməsi arxayınlaşdırdı. Hələ heç nə bitməyib. “Qarabağ” Azərbaycanın adına yaraşan oyun sərgiləyir.

“Frayburq”un üstün tərəflərini bilirik. Performanslarına yaxından bələdik. Proqnoz verməyi özümə rəva bilmirəm. Yaxşı hazırlaşacağıq. Azarkeşlərimizin önündə istədiyimizi əldə edə bilərik. Biz növbəti mərhələyə adlamağa layiqik.

Zədəm düşünürəm ki, ciddi deyil. Oynamağa davam etsəydim, daha pis ola bilərdi”.


Share: