“Bizi çətin rəqibin gözlədiyini bilirdik”

“Bizi çətin rəqibin gözlədiyini bilirdik”.

xəbər verir ki, bu sözləri Almaniyanın “Bayer 04” komandasının baş məşqçisi Xabi Alonso Bakıda “Qarabağ”la 2:2 hesablı heç-heçə etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, matç gərgin və çətin keçib.

“İlk hissə bizim üçün çətin keçdi. Bugünkü oyunda çox güclü bir rəqib gördük. Əsas olan komandamın yaxşı və dinamik oynaması idi. Əlbəttə ki, bu futboldur, hər şey ola bilər. İlk hissə çətin keçsə də, ikinci hissədə bərpa olunmağa çalışdıq. Cavab matçında isə səhvləri təkrarlamamağa çalışacağıq”.

Xabi Alonso həmçinin bildirib ki, Azərbaycan futbolu dedikdə onun ağlına birinci “Qarabağ” gəlir:

“Qarabağ”ın güclü kollektivi var. Onlar uzun müddət avrokubokda çıxış edirlər. Çempionlar Liqasında “Atletiko” ilə matçlarını izləmişdim. Bu komandada baş məşqçi işi görünür”.

Arzu Qurbanlı

Share: