Biz səninləyik, TÜRKİYƏ. ..

Müstəqil.Az-a “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyindən daxil olan məlumata görə qardaş Türkiyədə baş verən dəhşətli zəlzələ bütün Azərvaycan xalqını sarsıtdığı kimi dənizçilərimizin də böyük kədər və təəssüfünə səbəb olub. Bir qrup dənizçimiz “DSD”İB-nin çağrışə ilə qardaş ölkədə baş verən faciədən zərər çəkmiş insanlara maddi və mənəvi dəstək olub, yardım göndərib.
Qardaş faciəsinə, ağrı acısına şərik olan, onların acılarını paylaşanlar da yetərincədir.
Belə dənizçilərimizdən biri də uzaq səfərlər kapitanı Nazim Həbibovdur. Onun özünün sosial şəbəkədəki divarında qələmə alaraq  paylaşdığı yazını olduğu kimi yayınlayırıq.
Müstəqqil.Az

“Qeyd edək ki, 2023-cü ilin fevralın 6-da Türkiyədə xeyli sayda insanın ölümü və yaralanması ilə nəticələnən dəhşətli zəlzələ baş vermişdir. Təbii fəlakət Türkiyənin 13,5 milyon insanın yaşadığı 10 vilayətini əhatə edib.
Bu dəhşətli faciə ilə əlaqədar olaraq ölkədə 7 günlük matəm elan olunub.
Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də insan tələfatına və dağıntılara səbəb olmuşdur.
Bir 11 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Bu faciə dönəmində hər iki ölkənin yanında olmağı özümüzə börc bilirik .
Qardaş ölkənin zəlzələ baş verən bölgələrində yaranan fövqəladə vəziyyətin böyüklüyünü və kəskin hava şəraitini nəzərə alaraq, xalqımız uşaqdan- yaşlısına kimi hər kəs əlindən gələn qədər həm maddi, həm mənəvi yardım etməyi özünə borc bilib “bir millət, iki dövlət” şüarının tam haqqını verərək, Türkiyə Respublikasının yanında olmuşdur və daim də yanında olacaqdır.
Bir 9 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Azərbaycan Prezidenti Cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hərtərəfli yardım göstərmiş və göstərməkdə də davam edir.
Bu gün qardaş Türkiyəyə səmimi dəstək üçün bütün Azərbaycan xalqı yekdilliklə səfərbərdir.
Təbii ki, bu sırada istər ölkədə, istərsə də ölkədən kənarda fəaliyyət göstərən Azərbaycan dənizçilərinin də xüsusi yeri vardı.
Biz də, vətəndən kənarda fəaliyyət göstərən dənizçilərin hər birisi, o cümlədən mən özüm və ailə üzvlərim bu kompaniyadan kənarda qalmamağı özümüzə borc saymışıq.
Respublikanın bütün yaşayış məntəqələrində hamı bir nəfər kimi səbərbər olub qardaş dəstəyi üçün əlindən gələni əsirgəmir. Bütün bu mənzərəni gördükcə, belə bir humanistliyin şahidi olduqca, ölkədən kənarda fəaliyyət göstərən hər bir dənizçi xalqımızın böyüklüyü ilə qürur duyur .
Unutmaq olmaz ki, 44 günlük haqq savaşımızda Türk xalqı daim bizimlə oldu, bizdən qardaş dəstəyini əsirgəmədi. Bu gün də bizim borcumuz qardaş Türkiyəmizin yanında olmaq, ona arxa ,dayaq durmaqdır.
Bəli, bu gün iki qardaş ölkə olaraq qürur anlarımızın fəxrini də, hüznlü günlərimizin acısını da birgə yaşayırıq.
Günümüzün reallığı bir daha sübut etdi ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı daim davam edəcək.
Bir 2 nəfər, ayaqüstə duran insanlar və mətn şəkili ola bilər
Demək olar ki, ölkəmizdən kənarda, o cümlədən ölkə daxilində əksəriyyət gəmi heyətləri Türkiyədə baş vermis zəlzələ ilə əlaqədar dəstək xarakterli tədbirlər təşkil ediblər.
Belə dəstək xarakterli tədbir BƏƏ ADNOS şirkətində “ADNOS-511” gəmisində dənizçilərimizin Türkiyə və Suriyada baş vermiş dağıdıcı zəlzələyə dünyanın diqqətini cəlb etmək məqsədilə öz təşəbbüsüzmüz ilə çalışdığımız gəminin göyərtəsində “Pray For Turkey & Syrie” posterləri açmışıq.
Bununla dənizçilərimiz həm də, təbii fəlakətdən təəssüfləndiklərini, hər zaman olduğu kimi, bu ağır günlərdə də Türkiyə və Suriya xalqı ilə birlikdə olduqlarını ifadə ediblər.
Dəstək tədbiri zamanı dənizçilər zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsini anıb, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veriblər.
Bu gün iki qardaş ölkənin həmrəyliyi , Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!”- müdrik fikrinin tarixin və zamanın sərt sınaqlarından hər zaman üzüağ, alınıaçıq çıxan iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin əbədi həmrəyliyinin, dostluğunun, qardaşlığının bariz nümunəsi olduğunu bir daha sübüt etdi.
Bu sarsılmaz, monolit birliyin nəticəsidir ki, baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmiz qardaş ölkəyə dəstək olan ilk ölkə oldu. Təbii ki, bu çətin günlərdə Türkiyə Respublikasına ən böyük dəstək, sözsüz ki, qardaş ölkə dediyi Azərbaycandan olmalı idi.
Bir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilər
Dövlətimiz də qardaş ölkədə olan bu faciəvi hadisədən çox böyük məyusluq hissi keçirir. Böyükdən-kiçiyə hər kəs Türk soydaşlarımız üçün dua edir, onlara hər cür dəstək olmağa çalışır.
Hazırda Türkiyə qışın ən sərt dövrünü yaşayır .
Biz qardaş xalq olaraq, o cümlədən də Azərbaycanın cəsur dənizçi ordusu bu çətin günlərdə hər zaman qardaşlıq borcumuzdan irəli gələrək Türkiyənin yanında olmağa hazırıq.
Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir və Azərbaycan-Türkiyə həmrəyliyi, dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır.
Biz də öz növbəmizdə deyirik, qardaşın Azərbaycan bütün varlığı ilə səninlədir, ürəyi səninlə döyünür, uğuruna sevinir, dərdinə şərik çıxır, Türkiyə
Bu faciədə ölənlərə vətəndən uzaqlarda çalışan bütün dənizçilər adından və şəxsən öz adımdan Allahdan rəhmət diləyir, dağıntılar altından xilas olanlara tezliklə sağlamlığına, hələdə axtarışda olanların isə tapılıb tez bir zamanda doğmalarına qovuşmaqlarını arzu edirik və heç zaman unutmamalıyıq ki, türkün türkdən başqa dayağı yoxdur!
Biz səninləyik Türkiyə!
Biz birlikdə güclüyük!
Kapitan Nazim Həbibov.
Share: