“Biz buna səbəb olmayan istənilən sülh planını müzakirə etməyə hazırıq”

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sülh planı çərçivəsində Kiyev üçün şərtləri məqbul adlandırıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kuleba bu haqda CNN telekanalına müsahibəsində danışıb.

 “Biz münaqişənin dondurulmasına və ya Ukraynanın əraziləri Rusiyaya təslim etməsinə səbəb olmayan istənilən sülh planını müzakirə etməyə hazırıq”, – deyə Kuleba bildirib.

Onun sözlərinə görə, əgər Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva öz ölkəsində “bu iki prinsip əsasında” sülhə can atan ölkələrin koalisiyasını qəbul etməyə hazırdırsa, o zaman Ukrayna müzakirəyə hazırdır.


Share: