Biz baş verəcək tayfa, nəsil, şəcərə müharibələrinə hazırıqmı?..

Araşdırma materiallarına görə yaxın gələcəkdə NATO-ya üzv olan ölkələrin bir qismində dini-əqidə müharibələri lokal qarşıdurmalar nəticəsində gərginlik artacaq və nəticədə onların bəziləri “özləri özlərini yeyəcək”, sıradan çıxaracaq.

Rus Akademiki A.L.Yanşin göstərirdi ki, bu qarşıdurma və çarpışmalarda ortada qalan dövlətlərin nəticəsində NATO cərgəsində 15 (on beş) dövlət qalacaq. Və nəticədə Dünya “Üçüncü Dünya Müharibəsi” anlayışından xilas olacaq.  Akademikin firkincə BMT-də bir neçə yerə ayrılacaq. Nəticədə dünyanı idarə edə biləcək. “Müsəlmanların BTM-si” və “Xristianların BMT-si” hisslərinə ayrılacaq.

“Baş verəcək daşqınlar, zəlzələlər, yanğınlar, tektonik silahlardan istifadələr, dini qarşıdurmalar, tərsinə oxunan Allahla təmas qurmaq üçün oxunan dular (Din xadimlərinin)… Kütləvi qaydada xalqların və millətlərin tarixi adət-ənənələrinin viran qalması… Ali insanlar üçün seçilmiş xiyabanların çevrilməsi “Müasir dünyanın üstündən qələm çəkəcək…” İnsanlar yaşamaq üçün özlərinin genetik kodlarını axtaracaq. Yaşamaq üçün çarpışan insan, kimliyindən asılı olmayaraq onlar nəsil, şəcərə, tayfa müharibələrinə çıxacaq…

Dünyanın belə dağılması heç də müharibə deyil. Azərbaycana gəlincə – akademik qeyd edir – bu ölkənin alimləri məsələn, zəlzələ haqqında yerdəyişmələr, immqrasiya strategiyalarına yenidən baxmalıdırlar. Məsələn tədqiqatlara görə baş verənlər nəticəsində dünyanın əvvəlki qədim ərazilərinə qayıtmaq şansı xeyli artıb. Məsələn Gəncə zəlzələsi nəticəsində hər şey əvvələ qayıdacaq, Göy-göl kimi tanıdığımız ərazinin su altında qalmasını, başqa analoqu olmayan hadisələri yaddan çıxarmayaq. Və yaxud Şamaxı zəlzələlərini də unutmayaq.

Azərbaycan ərazisində Demoqrafik proseslər pozulub. İndi həmin torpaqlarda həqiqi azərbaycanlı axtarmaq, min illərin sınağından çıxan nəsilləri axtarmaq çətindir. Bu ərazidə Demoqrafik mühit pozulub… Akademik “Dünya məktub”unda qeyd edir.

Biz Akademikin kitablarına keçmiş İttifaqın Baş Kəşfiyyat İdarəsi üçün yazdığı çox ciddi bir məktubdan danışdıq.

Məlumata görə ölkəmizdə bütün strategiyalara, cənab Prezidentin verdiyi səeəncamlara qarşı çox yarıtmaz bir nəzarət konsepsiyası var. Bu da ölkəni çıxılmaz vəziyyətlərə salır. Zəlzələlər başımızın üstündədir. Araşdırma materillarına görə düşmən (tək ermənilər yox) Laçın, Kəlbəcər, Şuşa… ərazilərinin (qədim  torpaqların altında biri-birilərilə sıx əlaqələr quran, biri-birinə bağlanan) Piramidalarını qırıb, dağıdır… Bu çox ciddi məsələdir, cənablar. Fikrimcə bizim hər şeyimiz olacaq. Ancaq yaşamaq üçün “Sənədimiz” olmayacaq. Kimliyimiz bilinməyəcək.

Bəs necə edək ki, gələcək nəsilləri bəlalardan xilas etmək üçün məlum olan çox qədim yollara üz tutaq.

Söhbət varlanmaqdan yox, yaşamaqdan gedir. Strategiyaları dəyişmək vacibdir. Qapımızın ağzına gəlincə biz nəsil, şəcərə, tayfa müharibələrilə üz-üzə dayanmışıq. Bu proseslərdə ölkə başçısını aldatmayın… Bu böyük cinayətdir.

Azərbaycanda biri-birinin ardınca baş verəcək tayifa, nəsil və şəcərə müharibələrin (qarşıdurmalar) fəsadlarını, fəlakətlərini unutmayacaq. Məsələn ötən əsrin Xocalı faciəsini götürək. Hələlik dünya miqyası üçün qapalı olan çox ciddi bir müharibənin, qırğınların nəticələrini bilmirik. Qeyri-dəqiq rəqəmlərin üstündə dayanmışıq, Dünya Azərbaycan Politologiyasının təhlillərinə daha inanmır.

Araşdırma materiallarına görə indiyədək Azərbaycan ərazilərində (1950-ci ildən bəri) 47 dəfə tayfa müharibələri baş verib. Nəticədə 19 tayfa məhv olub, sıradan çıxıb. Məlum olub ki, bu tayfalar Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca salınan qədim yaşayış məntəqələrində yaşayıb. Və yaxud ölkənin tanınmış nəsilləri arasında “Epidemiya müharibələri”ni xatırlayın. Tarixə nəzər salın cənablar. Və yaxud öz şəcərələrilə fəxr edən insanların taleyinə biganə yanaşmaq olmaz.

Araşdırma və çoxsaylı ekspedisiyaların, kəşfiyyat materiallarına nəzər salsaq, görərik ki, Azərbaycanda indiyədək (bu hələ davam edir) 112 şəcərə müharibələri davam edir. Nəsillər sıradan çıxır, insani keyfiyyətlərini tədricən itirən, kimliyi bilinməyən tayfaların… sayı çoxalır. Xatırlayım ki, onlar azərbaycanlı deyillər. Mən, 44 günlük müharibədən sonra Azərbaycan dövlətinin Başçısı, Prezident İlham Əliyevin sözlərini yada salıram: “…Biz müharibələrdə dörd nəsil itirdikə…”

Qeyd: (Redaksiyadan): Oxuculara bildirək ki, tanınmış politoloqun və alimin bu yaxınlarda üç cildlik “Tayfa müharibələri” (Birinci cild), “Nəsil müharibələri” (İkinci cild), “Şəcərə müharibələri” (Üçüncü cild) kitabları çapa hazırlanır. Şübhəsiz, geniş təhlillərə, fakt və sənədlərə əsaslanan bu kitablar Azərbaycan ədəbi mühitində, tarixində və fəlsəfəsində ilk addım olaraq qalır.

Və yaxud Azərbaycan getdikcə “Yadplanetlərdən gələnlərin” poliqonuna çevrilməkdədir. Mənə elə gəlir ki, Azərbaycanın fikri, əqidəsi, mənəviyyatı, əxlaqı, düşüncəsi, insanlara münasibəti… qədim adət-ənənəmizə uyğun dəyişməli, dormalaşmalıdır.Bütün strategiyalara yenidən baxılmalıdır.

Və onu da bildirim ki, yeni straitegiyalar bizdən tələb edir ki, Azərbaycanın himni də dəyişməlidir. Dünyanı lərzəyə salan, çalınanda orqanizmdə 13 xəstəlik törədə biləcək virusları məhıv etmək qüdrətinə malik “Koroğlu” üverturası (Ü.Hacıbəyov) ilə əvəz olunmalıdır. Qeyd edim ki, bu üvertura güclü dağ çaylarının, şəlalələrin altında yazılıb. Koroğlu üverturası çalınanda ana bətnindəki övladları da oyanır, onları yatmağa qoymayır.

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

Share: